İran özünü dünyanın 4 böyük gücündən biri elan etdi
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ölkəsinin dünyanın dörd aparıcı gücündən biri olduğunu iddia edib.
TodayPress TV-nin məlumatına görə, Qalibaf bildirib ki, Tehranın çəkindirmə strategiyası sayəsində İran dünyanın üç böyük gücünün iştirakı ilə keçirilən görüşlərdə təmsil olunmasa belə, onların qəbul etdiyi qərarlara təsir göstərə bilir.
O qeyd edib ki, mərhum ali rəhbər Əli Xameneinin baş komandan kimi formalaşdırdığı hərbi sistem yüksək rütbəli komandirlərin öldürülməsinə baxmayaraq, idarəetmənin davamlılığını təmin edir.
Qalibafın sözlərinə görə, İranın rəqibləri komandanlıq heyətinə zərbələr endirməklə ölkədə idarəetməni zəiflədəcəklərini və sabitliyi pozacaqlarını düşünürdülər. Lakin mövcud hərbi sistemin dayanıqlılığı onların gözləntilərini doğrultmayıb.
Kübra Musayeva