“Apple”ın qatlanan telefonu nə vaxt xarab olacaq? Sınaq davam edir

“Apple”ın qatlanan telefonu nə vaxt xarab olacaq? Sınaq davam edir
18.11.2026 03:47 Maraqlı

“Apple”ın qatlanan “iPhone Duo” smartfonu möhkəmlik sınağından keçirilib və 500 mindən çox açılıb-bağlanma dövrünə tab gətirib.

TodayPress TV xəbər verir ki, “CNET” nəşri təxminən üç həftədir cihazı fasiləsiz sınaqdan keçirir. Xüsusi mexanizm smartfonu avtomatik olaraq açıb-bağlayaraq onun qatlanan konstruksiyasının davamlılığını yoxlayır.

Sınaq zamanı ilk nasazlıq əlamətləri təxminən 390 min dövrdən sonra müşahidə olunub. Belə ki, menteşə boşalmağa başlayıb və cihaz açılarkən yaranan xarakterik səs demək olar ki, yoxa çıxıb.

444 min açılıb-bağlanma dövründən sonra isə problem daha da nəzərə çarpıb. Smartfonun ekranı tam açılmayaraq 5-10 dərəcə bucaq altında qalıb. Buna baxmayaraq, cihazı əl ilə tam açmaq mümkün olub və o, işlək vəziyyətdə qalıb.

“CNET” sınaqları smartfon tamamilə sıradan çıxana qədər davam etdirmək niyyətindədir. Nəşrin hesablamasına görə, gündə 100 dəfə açılıb-bağlanacağı təqdirdə cihazın qatlanan mexanizmi təxminən 12 il xidmət edə bilər.

Qeyd edək ki, “Apple” smartfonun neçə açılıb-bağlanma dövrünə tab gətirəcəyini rəsmi olaraq açıqlamayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər