Azərbaycan üçün pis xəbər: Nvidianı ermənilər ələ keçirir

Azərbaycan üçün pis xəbər: Nvidianı ermənilər ələ keçirir
18.11.2026 11:00 Təhlil

Dünyanın ən nüfuzlu texnologiya şirkətlərindən biri olan “Nvidia”nın rəhbərliyində dəyişiklik ehtimalı erməniseqmentində müzakirələrə səbəb olub.

Məlumata görə, şirkətin rəhbəri Censen Huanqın istefasından sonra “Nvidia”nın yeni baş direktoru vəzifəsinə nəzəri olaraq 2002-ci ildən şirkətdə çalışan və vitse-prezident postunu tutan erməni əsilli Rev Lebaredyanın gətirilə biləcəyi iddia olunur. Sosial şəbəkələrdə və rusdilli erməni resurslarında Lebaredyanın qabaqcıl texnologiyaların inkişafına töhfə verən aparıcı mütəxəssislərdən biri olduğu vurğulanır və onun bu posta təyinatına böyük ümid bəslənildiyi qeyd edilir.

Bildirilir ki, ermənilər “Nvidia”nın vitse-prezidenti olan erməninin təyinatından xüsusi gözlənti içindədirlər. Qeyd olunur ki, “Censeni geri gətirin” (“Bring Jensen Back”) kampaniyası çərçivəsində başladılan petisiyanı 180 min nəfərin imzalamasına, hətta Donald Tramp və İlon Maskın da bu təşəbbüsü dəstəkləməsinə baxmayaraq, “Nvidia”nın direktorlar şurası bundan imtina edir.

İsmayıl Şahlı

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər