Şirvanşahların son işarələri xarabaya döndü
Miəcik karvansarayının acınacaqlı vəziyyəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
TodayPress TV xəbər verir ki, sosial media istifadəçilərindən biri orta əsrlərdə Şirvanşahlar tərəfindən inşa etdirildiyi bildirilən tarixi abidənin hazırkı vəziyyəti ilə bağlı paylaşım edib.
Paylaşımda qeyd olunur ki, təxminən 500 illik tarixə malik karvansaray daş karxanalarının əhatəsində qalıb və məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Müəllif tarixi abidənin baxımsız vəziyyətdə qalmasına və taleyin ümidinə buraxılmasına etirazını bildirərək onun qorunması üçün tədbirlər görülməsinin vacibliyini vurğulayıb.
Zəhra Məmmədova
TodayPress TV
Miəcik karvansarayı
Şirvanşahlar
Azərbaycanın tarixi irsi
daş karxanaları
Zəhra Məmmədova