İnfantinonun rəqibləri artır: FIFA prezidentliyinə yeni namizəd!
Yaponiyanın Futbol Assosiasiyasının keçmiş prezidenti Kodzo Taşima FIFA prezidentliyinə namizədliyini irəli sürüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
68 yaşlı Taşima 2016-2018-ci illərdə Yaponiya Futbol Assosiasiyasına rəhbərlik edib. O, 2015-ci ilin aprelindən FIFA-nın üzvüdür. Onun namizədliyi beş milli federasiya tərəfindən dəstəklənib.
Qeyd edək ki, FIFA prezidentliyi uğrunda mübarizə aparmaq niyyətini daha əvvəl qurumun hazırkı rəhbəri Canni İnfantino, İsveçrə millisinin sabiq kapitanı Ramon Veqa və Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo da açıqlayıblar.
Xatırladaq ki, Canni İnfantino 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə FIFA prezidenti seçilib. O, sonradan iki dəfə rəqibsiz şəkildə yenidən bu vəzifəyə seçilib.
FIFA-nın yeni prezidentinin seçkisi 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək konqresdə baş tutacaq.
Namiq HUN