Putin Çində dünyanın yeni sahibini açıqladı - VİDEO

Putin Çində dünyanın yeni sahibini açıqladı  - VİDEO
18.11.2026 09:55 Dünya

Rusiya Prezidenti Vladimir Putin qlobal iqtisadi nizamda baş verən dəyişikliklərə diqqət çəkib.

TodayPress TV xəbər verir ki, bu barədə Şençjendə keçirilən APEC CEO sammitində çıxışı zamanı deyib.

“Dünyanın ağırlıq mərkəzi dəyişib. Qlobal iqtisadiyyatda tektonik dəyişikliklər baş verir. Asiya-Sakit okean regionunun iqtisadiyyatları hazırda dünya ÜDM-inin 60 faizindən çoxunu, qlobal mal ticarətinin isə yarısını təşkil edir”, - Putin bildirib.

Rusiya lideri beynəlxalq münasibətlərdə təkqütblü dünya nizamının başa çatdığını və çoxqütblü sistemin formalaşdığını vurğulayıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər