Ermənilər Azərbaycan toylarının arxiv fotolarını paylaşır – “Darıxmışıq”
Sosial şəbəkələrin erməni seqmentində vaxtilə Ermənistan ərazisində, tarixi Qərbi Azərbaycan torpaqlarında keçirilən azərbaycanlı toylarına aid arxiv fotoları paylaşılır.
TodayPress TV xəbər verir ki, belə paylaşımlardan biri “Humorstan” adlı erməni səhifəsində Karine Haxinyan adlı istifadəçi tərəfindən edilib.
Paylaşılan ağ-qara fotoda sovet dövrünə aid “68-15 АДМ” dövlət nömrə nişanlı gəlin maşını və toy iştirakçıları əks olunub. Şəklin üzərində erməni dilində “Siz də o keçmiş, xoş günlər üçün darıxırsınız?” sualı yazılıb. Paylaşım qısa müddətdə mindən çox bəyənmə və onlarla şərh toplayıb.
Paylaşıma münasibət bildirən Binnət Əsgər fotonun Vaqif müəllimin toyuna aid olduğunu qeyd edib. O, ermənilərin böyük səhvlərə yol verdiklərini, lakin həmin xoş və mehriban günləri, eləcə də azərbaycanlıları unutmadıqlarını bildirib.
Zəhra Məmmədova
