İran ABŞ bazalarını silkələdi: “Patriot” sistemləri də hədəfə alındı
İran Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirib.
TodayPress TV xəbər verir ki, Küveytdəki Əli əs-Salim aviabazasında ABŞ-yə məxsus “Patriot” hava hücumundan müdafiə sistemləri, eləcə də raket və pilotsuz uçuş aparatlarının (PUA) buraxılış qurğuları hədəfə alınıb.
Hücumların nəticələri və dəymiş ziyanın miqyası barədə hələlik ətraflı məlumat verilməyib.
Zəhra Məmmədova