Səbuhi Əlizadə medal yolunda daha bir addım atdı!

Səbuhi Əlizadə medal yolunda daha bir addım atdı!
18.11.2026 10:24 İdman

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, 39 ölkədən 276 idmançının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha bir üzvü növbəti mərhələyə vəsiqə qazanıb.

Səbuhi Əlizadə (+90 kq) 1/8 final mərhələsində Ermənistan təmsilçisi İşxan Hovsepyanla qarşılaşıb. Rəqib üç xəbərdarlıq aldığı üçün diskvalifikasiya olunub və Əlizadə mübarizəni davam etdirmək hüququ qazanıb.

Azərbaycan boksçusu 1/4 finalda bolqarıstanlı Kiril Georgiyevlə üz-üzə gələcək. İlk mərhələdən azad olan idmançılar arasında yer alan Georgiyevlə görüş noyabrın 20-də keçiriləcək. Qarşılaşmanın qalibi yarımfinala yüksələcək.

Namiq HUN




XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər