İran hücuma keçdi - İki ölkə hədəfdə - VİDEO

İran hücuma keçdi -  İki ölkə hədəfdə - VİDEO
18.11.2026 10:12 Dünya

İran Küveyt və Bəhreyndəki ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib.

TodayPress TV “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə  İran Silahlı Qüvvələri məlumat yayıb.

İran ordusunun yaydığı rəsmi məlumata görə, zərbə PUA-ları vasitəsilə Küveytdəki Əli əs-Salim aviabazasında ABŞ-yə məxsus “Patriot” hava hücumundan müdafiə sistemləri, eləcə də raket və pilotsuz uçuş aparatlarının buraxılış qurğuları hədəfə alınıb.

Bununla yanaşı, Bəhreyndəki Amerika hərbi bazalarının da atəşə tutulduğu bildirilir.

Küveyt və Bəhreynin müdafiə qurumları isə hava hücumlarının qarşısının alındığını açıqlayıb. Pentaqon “Patriot” sistemlərinin sıradan çıxarılması ilə bağlı İran tərəfinin iddialarını hələlik təsdiqləməyib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər