Ceyhun Bayramov müxalifətçilərdən DANIŞDI
Azərbaycanda hər kəs törətdiyi əməllərə görə qanun qarşısında cavabdehdir və müxalifət nümayəndəsi olmaq heç kəsi hüquqi məsuliyyətdən azad etmir.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında jurnalistin sualını cavablandırarkən bildirib.
Nazir qeyd edib ki, müvafiq araşdırmalar Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılır və yekun qərarı məhkəmə verəcək.
“Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə həyata keçirilən araşdırmanın nəticəsində məhkəmənin yekun qərarı nədən ibarət olacaqsa, hesab edirəm ki, bu, bütün suallara cavab verəcək.
Bir daha qeyd etmək istəyirəm ki, kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir. Hesab edirəm ki, Azərbaycanda, o cümlədən Almaniyada və istənilən digər dövlətdə də eyni qaydalar tətbiq olunur”, – deyə Ceyhun Bayramov vurğulayıb.
Qiymət Mahir