Sabah dünya qaranlığa qərq olacaq? - "Simpsonlar”ın ilginc mesajı - VİDEO

Sabah dünya qaranlığa qərq olacaq? -  "Simpsonlar”ın ilginc mesajı - VİDEO
16.11.2026 15:35 Maraqlı

17 noyabrda dünyada qlobal elektrik enerjisi kəsilməsi baş verəcəyi ilə bağlı iddialar sosial şəbəkələrdə yayılıb.

TodayPress TV xəbər verir ki, RT-nin məlumatına görə, bu şayiələrin əsas mənbəyi 2023-cü ildə yayımlanan “Simpsonlar” animasiya serialının bir bölümüdür.

Həmin epizodda Sprinqfild şəhərində noyabrın 17-dən başlayaraq altı gün davam edən elektrik kəsintisi təsvir olunur. 

Lakin yayılan iddialar həqiqəti əks etdirmir. Belə ki, noyabrın 17-də ABŞ-ın Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) və Federal Rabitə Komissiyası (FCC) Şərq vaxtı ilə saat 14:20-də Təcili Xəbərdarlıq Sisteminin (EAS) ölkəmiqyaslı sınağını keçirəcək.

Sınaq zamanı televiziya və radio cihazlarında təxminən bir dəqiqəlik xəbərdarlıq siqnalı səslənəcək. Mobil telefonların sönməsi və ya ölkə üzrə elektrik enerjisinin kəsilməsi nəzərdə tutulmur.

Beləliklə, 17 noyabrla bağlı yayılan qlobal elektrik kəsilməsi iddiaları real hadisəyə deyil, animasiya serialındakı səhnəyə və ABŞ-da keçiriləcək xəbərdarlıq sisteminin sınağına əsaslanır.

Jalə Rövşən 

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər