Bakıdan alman nazir alman dili öyrənənlərə şad xəbəri belə verdi
Almaniya Azərbaycanla iqtisadi, təhsil, mədəniyyət və enerji sahələrində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
TodayPress TV xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, iki ölkə arasında iqtisadi sahədə etibarlı əməkdaşlıq mövcuddur və bu əlaqələrin konkret layihələr əsasında daha da inkişaf etdirilməsi vacibdir.
O, Biznes Şurasının bu istiqamətdə mühüm rol oynaya biləcəyini vurğulayıb.
Yohann Vadeful təhsil və mədəniyyət sahələrində əməkdaşlıq imkanlarına da toxunub. Xüsusilə texniki təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi imkanlarının olduğunu bildirib.
Alman dili sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinə maraq ifadə edən nazir iki ölkənin bu istiqamətdə müsbət təcrübəyə malik olduğunu qeyd edib.
Vadeful, həmçinin gələcək iqtisadi imkanlar baxımından Azərbaycanın mühüm roluna diqqət çəkib. Onun sözlərinə görə, Almaniya ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi hazırkı beynəlxalq şəraitdə xüsusi əhəmiyyət daşıyır.
Enerji təhlükəsizliyi məsələsinə toxunan nazir enerji təchizatının risk altında olduğu bir şəraitdə yeni və etibarlı enerji mənbələrinin əldə edilməsinin vacibliyini vurğulayıb.
O, tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsinin və enerji təchizatının təhlükəsizliyinin təmin olunması üçün yeni imkanların araşdırılmasının əhəmiyyətini qeyd edib.
Qiymət Mahir