Ermənilər AzTV-dəki videoya görə hərəkətə keçdilər
Ermənistanın media resursları Azərbaycan televiziyasında (AzTV) yayımlanan süjetləri yaxından izləyərək təbliğat məqsədilə tirajlamağa davam edir.
TodayPress TV xəbər verir ki , bu barədə erməni dilli “Detq” (“Դետք”) media platforması AzTV-də 44 günlük Vətən müharibəsi ilə bağlı yayımlanan reportajı monitorinq edərək xüsusi paylaşım edib. Erməni mənbəsi süjetin məzmununu öz auditoriyasına təqdim edərkən vurğunu dəyişərək iddia edib ki, guya Azərbaycan televiziyası müharibə zamanı Türkiyənin göstərdiyi dəstəyi Bakının “qələbəsinin” əsas amili kimi qabardır.
Paylaşımda "qələbə" sözünü dırnaq içində təqdim edən erməni resursunun redaksiyası Azərbaycan və Türkiyə hərbçilərinin birgə əl sıxdığı fotodan ibarət xüsusi kollaj hazırlayıb. Bununla da qarşı tərəf süjetdəki mesajı manipulyasiya edərək mövzunu sosial şəbəkə istifadəçiləri arasında müzakirəyə çıxarıb.
Zəhra Məmmədova
