“Lill”dən ayrılmaq istəmədi: Etan Mbappe gələcəyi ilə bağlı qərarını verdi!

“Lill”dən ayrılmaq istəmədi: Etan Mbappe gələcəyi ilə bağlı qərarını verdi!
28.11.2026 10:10 İdman

Kiliane Mbappenin qardaşı “Lill”lə müqaviləsini uzatması barədə danışıb.

TodayPress TV xəbər verir ki, Etan Mbappenin sözlərini klubun mətbuat xidməti yayıb.

19 yaşlı fransalı yarımmüdafiəçi “Lill” klubu ilə müqaviləsini 2029-cu ilə qədər uzatması barədə fikirlərini bölüşüb.

“Klubla müqaviləmi uzatmaq mənim üçün böyük məmnunluq və qürur mənbəyidir. “Lill”dəki yoluma davam edəcəyim üçün çox xoşbəxtəm. Ümid edirəm ki, qarşıda bizi “Bavariya” ilə son matçda yaşadığımız kimi daha çox gözəl anlar gözləyir.

Kluba mənə hər zaman dəstək olduğu və zədələndiyim dövrlərdə belə diqqətini əsirgəmədiyi üçün çox minnətdaram. Burada özümü rahat hiss edirəm və inkişafım üçün çox yaxşı şərait yaradılıb. Çox xoşbəxtəm.

İndi əsas məqsədim inkişaf etməyə və irəliləməyə davam etmək, həmçinin klubla birlikdə titullar qazanmaqdır”, – deyə Etan Mbappe bildirib.

Namiq Hun

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər