Makdevid əfsanələrin sırasına qoşuldu: NHL-də inanılmaz nəticə!

Makdevid əfsanələrin sırasına qoşuldu: NHL-də inanılmaz nəticə!
28.11.2026 09:39 İdman

“Edmonton Oilers”in hücumçusu Konor Makdevid NHL tarixində müntəzəm mövsümün ilk 28 və ya daha az oyununda 60 xal toplamağı bacaran altıncı hokkeyçi olub.

TodayPress TV xəbər verir ki, kanadalı hücumçu bu göstəriciyə “Seattle Kraken”lə (2:4) qarşılaşmada imza atıb. Həmin oyunda Makdevid bir qol vuraraq aktivinə daha bir xal əlavə edib.

Makdeviddən əvvəl bu nailiyyəti sonuncu dəfə 1995/1996-cı illər mövsümündə Mario Lemye gerçəkləşdirib. Əfsanəvi hücumçu 60 xal həddinə cəmi 21 oyunda çatıb.

Mövsümün başlanğıcında belə yüksək məhsuldarlıq nümayiş etdirən digər hokkeyçilər arasında Ueyn Qretski (səkkiz dəfə), Mario Lemye (dörd dəfə), Berni Nikols, Mayk Bossi və Fil Espozito da var.

Qeyd edək ki, Makdevid “Seattle Kraken”lə matça qədər 15 qol və 45 məhsuldar ötürmə ilə ümumilikdə 60 xal toplamışdı.

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər