Millətlər Liqasında zirvə və 1,5 milyon avroluq mükafat!

Millətlər Liqasında zirvə və 1,5 milyon avroluq mükafat!
18.11.2026 08:11 İdman

UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümündə qrup mərhələsinin yekunlaşmasından sonra milli komandaların əldə etdiyi mükafatların məbləği bəlli olub.

TodayPress TV xəbər verir ki, Azərbaycan yığma komandasının çıxışı AFFA-ya ümumilikdə 1,5 milyon avro qazandırıb.

Turnirin maliyyə bölgüsünə əsasən, D Liqasında iştirak edən hər bir federasiyaya 750 min avro ayrılır. Qrup qalibləri isə əlavə olaraq eyni məbləğdə mükafat əldə edirlər.

Milli komandamız D Liqasının II qrupunu birinci pillədə başa vurduğundan AFFA-nın ümumi qazancı 1,5 milyon avro təşkil edib.

Qeyd edək ki, UEFA tərəfindən ayrılan bu vəsait birbaşa futbolçulara deyil, milli federasiyalara ödənilir. Oyunçulara veriləcək mükafatlar isə federasiyaların ayrıca razılaşmaları əsasında müəyyənləşdirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər