Las-Veqasda gərgin mübarizə gözlənilir: Ferstappen narahatdır!

Las-Veqasda gərgin mübarizə gözlənilir: Ferstappen narahatdır!
18.11.2026 09:40 İdman

“Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappen Las-Veqas Qran-prisində uğurun əsas amillərindən birinin soyuq hava şəraitində təkərlərin düzgün işlək vəziyyətə gətirilməsi olacağını bildirib.

TodayPress TV xəbər verir ki, niderlandlı pilot qarşıdakı yarışda komandaların təkərlərlə düzgün işləməsinin həlledici rol oynaya biləcəyini düşünür.

Ferstappen Braziliya Qran-prisində sonuncu sıradan start götürərək finişə ikinci çatmasını əla nəticə kimi qiymətləndirib. O, həmin yarışdan sonra komandanın bazasına qayıdaraq kollektivlə birlikdə simulyatorda çalışıb və mövsümün son üç mərhələsinə hazırlaşıb.

Pilot Las-Veqas trasının Braziliyadakından tamamilə fərqli xüsusiyyətlərə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, yüksək sürətli trasda uzun düzlüklər enerji istifadəsini və paylanmasını ön plana çıxaracaq. Bununla yanaşı, soyuq hava şəraiti təkərlərin müxtəlif bolidlərdə fərqli davranmasına səbəb ola bilər.

Ferstappen son yarışlarda komandanın ciddi irəliləyiş əldə etdiyini də qeyd edib. O, mövsümü uğurlu şəkildə başa vurmaq və Konstruktorlar Kuboku uğrunda mübarizədə mümkün qədər çox xal toplamaq istədiklərini bildirib.

Namiq HUN

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər