“Dyuk”un 35 oyunluq seriyasını bir gənc dayandırdı!

“Dyuk”un 35 oyunluq seriyasını bir gənc dayandırdı!
18.11.2026 08:42 İdman

22 yaşlı serb-yunan basketbolçu, “İllinoys Faytinq İllaynay” komandasının müdafiəçisi Andrey Stoyakoviç NCAA çempionatında möhtəşəm performans nümayiş etdirib.

TodayPress TV xəbər verir ki, NBA-nın üçqat “All-Star” iştirakçısı Peci Stoyakoviçin oğlu “Dyuk Blyu Devilz” komandasına qarşı keçirilən görüşdə 46 xal toplayıb.

Qarşılaşma “İllinoys”un 99:78 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün ən məhsuldar basketbolçusu olan Stoyakoviç 34 dəqiqə ərzində 46 xal, 6 ribaund, 1 məhsuldar ötürmə və 1 blokla yadda qalıb.

Bununla da gənc basketbolçu “Dyuk” komandasının 1940-cı ildən ev oyunlarını keçirdiyi “Kemeron İndor Stedium”da qonaq komandaların oyunçuları arasında bütün dövrlərin məhsuldarlıq rekordunu müəyyənləşdirib.

Qeyd edək ki, “Dyuk” bu qarşılaşmayadək ardıcıl 35 ev oyununda qələbə qazanmışdı. Stoyakoviç matçın ilk yarısında 20 xal toplayıb. “İllinoys” komandası isə fasiləyə 42:32 hesablı üstünlüklə yollanıb.

Xatırladaq ki, Peci Stoyakoviç NBA-da 13 mövsüm keçirib, üç dəfə “All-Star” oyununda iştirak edib və 2011-ci ildə “Dallas Maveriks”in heyətində NBA çempionu olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər