“Arsenal”dan İnkapyeyə yeni təklif: Şərtlər də yaxşılaşdırıldı!

“Arsenal”dan İnkapyeyə yeni təklif: Şərtlər də yaxşılaşdırıldı!
18.11.2026 09:32 İdman

“Arsenal”ın müdafiəçisi Pyero İnkapye London klubu ilə yeni müqavilə imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Bildirilib ki, 24 yaşlı ekvadorlu futbolçu əvvəlki müqaviləsinin müddətini daha bir il artırıb. Yeni razılaşma 2032-ci ilin yayına qədər qüvvədə olacaq. Müqavilənin maliyyə şərtləri də əvvəlki ilə müqayisədə yaxşılaşdırılıb.

Qeyd edək ki, İnkapye 2025-ci ilin sentyabrında Leverkuzen “Bayer”indən icarə əsasında “Arsenal”a keçib. 2026-cı ilin yayında isə London təmsilçisi futbolçunun transferini rəsmiləşdirib.

Müdafiəçi ötən mövsüm bütün turnirlərdə 39 oyunda meydana çıxıb. Həmin mövsümdə “Arsenal” İngiltərə çempionu olub və UEFA Çempionlar Liqasının finalına yüksəlib.

Cari mövsümdə isə İnkapye Premyer Liqada beş olmaqla, ümumilikdə doqquz qarşılaşmada iştirak edib.

Namiq HUN

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər