Muxtar Maniyevin oğlu vəzifədən azad edildi

Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
18.11.2026 11:55 Hərbi

10 ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini təyin edilmiş polkovnik Tural Maniyev vəzifəsindən azad edilib.

TodayPress TV “Qafqazinfo”ya istinadən məlumat verir ki, bu barədə müvafiq Əmr imzalanıb.

Polkovnik Maniyev ehtiyata buraxılıb.

Qeyd edək ki, Tural Maniyev mərhum Xalq artisti Muxtar Maniyevin oğludur. O, sonuncu vəzifəyə təyin edildikdən sonra rütbəsi artırılıb, idarə rəisi polkovnik Anar Eyvazovun müavini kimi fəaliyyət göstərib.

TodayPress TV

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər