Milli Məclis gələn il üçün xərclər smetasını qəbul etdi
Milli Məclisin bu gün keçirilən plenar iclasında qurumun gələn il üçün xərclər smetası qəbul edilib.
TodayPress TV xəbər verir ki, 2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən parlamentin saxlanılmasına 72,356 milyon manat vəsait ayrılacaq.
Bu, 2026-cı illə müqayisədə 38,95 % çoxdur.
Həmin vəsaitin 59,356 milyon manatı əməyin ödənişinə, 10,52 milyon manatı malların (iş və xidmətlərin) satın alınmasına, 0,334 milyon manatı sosial ödənişlərə, 0,763 milyon manatı dövlət icbari şəxsi sığorta xərclərinə, 1,385 milyon manatı isə qeyri-maliyyə aktivlərinə yönəldiləcək.