Avropanın 8 güclü millisi kubok uğrunda mübarizəni davam etdirir!

Avropanın 8 güclü millisi kubok uğrunda mübarizəni davam etdirir!
18.11.2026 09:04 İdman

UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümündə 1/4 final mərhələsinə vəsiqə qazanan bütün milli komandaların adları müəyyənləşib.

TodayPress TV xəbər verir ki, A Liqasının dörd qrupunda ilk iki yeri tutan yığmalar növbəti mərhələyə yüksəliblər.

1/4 finalda Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Norveç və Portuqaliya milliləri mübarizə aparacaqlar.

Bu mərhələnin püşkatma mərasimi noyabrın 20-də keçiriləcək. İlk oyunlar 2027-ci il martın 25-27-də, cavab qarşılaşmaları isə martın 28-30-da təşkil olunacaq.

Daha sonra yarımfinala yüksələn dörd komanda iyunun 9-13-də baş tutacaq final mərhələsində turnirin qalibi uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, UEFA Millətlər Liqasının son qalibi Portuqaliya millisidir.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər