Millətlər Liqasında qol kralı Harri Keyn oldu!
İngiltərə millisinin hücumçusu Harri Keyn UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümündə qrup mərhələsinin ən məhsuldar futbolçusu adına layiq görülüb.
TodayPress TV xəbər verir ki, 33 yaşlı forvard keçirdiyi 6 oyunda 8 qol vuraraq bombardirlər yarışında birinci yeri tutub.
Keyni bu siyahıda 5 futbolçu izləyir. Onların hər biri 6 qolla ikinci pilləni bölüşür. Bunlar Danimarka millisindən Rasmus Höylund, İslandiya yığmasından Andri Qudyonsen, İsveçdən Viktor Gyökeres, Norveçdən Erlinq Haaland və İrlandiyadan Troy Perrottdur.
Beləliklə, Keyn qrup mərhələsini ən çox qol vuran futbolçu kimi başa vurub.
Namiq HUN