Azərbaycanda bu fond ləğv olunur

Azərbaycanda bu fond ləğv olunur
18.11.2026 12:40 Sosial

Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur.

TodayPress TV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Tullantılar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bununla, güzəşt və birdəfəlik ödəniş, habelə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyaların icrasının təşkili və təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiriləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər