Gənc voleybolçularımızın hədəfi Avropanın final mərhələsidir!

Gənc voleybolçularımızın hədəfi Avropanın final mərhələsidir!
18.11.2026 12:34 İdman

Azərbaycanın 16 yaşadək oğlan və qızlardan ibarət voleybol komandaları Avropa çempionatının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək EEVZA çempionatında iştirak edəcəklər.

TodayPress TV xəbər verir ki, noyabrın 19-dan 22-dək təşkil olunacaq yarışda oğlanlardan ibarət millimiz Latviyanın paytaxtı Riqada, qızlardan ibarət komandamız isə Estoniyanın Kaariku şəhərində qüvvəsini sınayacaq.

Oğlanlardan ibarət Azərbaycan millisi B qrupunda Finlandiya və Latviya yığmaları ilə qarşılaşacaq.

Eyni qrupda mübarizə aparacaq qızlardan ibarət komandamızın rəqibləri isə Estoniya, Litva və Ukrayna milliləri olacaq.

Yarışın reqlamentinə əsasən, qrup qalibləri çempionluq uğrunda mübarizə aparacaqlar. İlk üçlükdə yer alan digər iki komanda isə yekun sıralamada müvafiq mövqelər uğrunda qarşılaşacaqlar.

Qeyd edək ki, turnirin qalibləri 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə əldə edəcəklər.

Namiq HUN

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər