“Araz-2025” birgə təlimi uğurla başa çatdı

“Araz-2025” birgə təlimi uğurla başa çatdı
22.05.2025 12:24 Hərbi

Azərbaycan və İran hərbi qulluqçularının iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi uğurla yekunlaşıb.

TodayPress TV xəbər verir ki, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib.

Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı nümayiş etdiriblər.

Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və təlimdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

FOTOLAR

“Araz-2025” birgə təlimi uğurla başa çatdı — 1
“Araz-2025” birgə təlimi uğurla başa çatdı — 2
“Araz-2025” birgə təlimi uğurla başa çatdı — 3
“Araz-2025” birgə təlimi uğurla başa çatdı — 4
“Araz-2025” birgə təlimi uğurla başa çatdı — 5
“Araz-2025” birgə təlimi uğurla başa çatdı — 6
“Araz-2025” birgə təlimi uğurla başa çatdı — 7
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər