“Şahinlərin Görüşü-2026” təlimi başa çatdı - VİDEO

“Şahinlərin Görüşü-2026” təlimi başa çatdı - VİDEO
21.10.2026 10:46 Hərbi

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb.

Müdafiə Nazirliyindən TodayPress TV-yə verilən xəbərə görə, plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı hər iki ölkənin hərbi qulluqçuları yüksək döyüş hazırlığı nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları dəqiqliklə yerinə yetiriblər.

Qeyd edək ki, təlim çərçivəsində iştirakçıların göstərdikləri peşəkarlıq döyüş effektivliyinin və qarşılıqlı uzlaşmanın artırılmasında mühüm rol oynayıb.


 TodayPress TV

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər