Masazırda motosikletlə avtomobil toqquşdu, ölənlər var

Masazırda motosikletlə avtomobil toqquşdu, ölənlər var
11.10.2026 22:19 Hadisə

Masazır-Novxanı yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV Report-a istinadən xəbər verir ki, qəza yolun Masazır qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KİA" markalı minik avtomobili motosikletlə toqquşub.

Toqquşma nəticəsində motosikletdə olan iki gənc oğlan həyatını itirib.

Hadisənin təfərrüatları araşdırılır.

XƏBƏR LENTİ
11 OKTYABR 2026
Bütün Xəbərlər