Beyləqanda 16 nəfər qidadan ZƏHƏRLƏNDİ - YENİLƏNDİ
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, ilkin araşdırmaya əsasən, hadisə şagirdlərin "Texnologiya" dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib.
Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.Beyləqan rayonunda 16 nəfər qidadan zəhərlənib.
TodayPress TV “Qafqazinfo”ya istinadən məlumat verir ki, hadisə bu gün günorta saatlarında baş verib.
Zəhərlənən şəxslər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müalicələri davam etdirilir.