Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi
11.10.2026 22:43 İdman

"Formula-1" üzrə "Ferrari" komandasının pilotu Lyuis Hemilton Sinqapur Qran-prisindən sonra özünü pis hiss edib.

TodayPress TV xəbər verir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb.

"Yarışdan sonra Lyuis özünü yaxşı hiss etmirdi və onu Beynəlxalq Avtomobil Federasiyasının (FIA) tibbi heyəti müayinə edib. FIA ona finişdən sonra mətbuatla ünsiyyət zonasına getməməyə icazə verib", - deyə komandanın bəyanatında bildirilib.

Qeyd edək ki, sentyabrın 22-də "Formula-1" üzrə dünya çempionatının 2027-ci il mövsümündə Qran-pri mərhələlərində yarış məsafəsinin 15 kilometr azaldılacağı barədə məlumat yayılıb.

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər