Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
11.10.2026 21:05 İdman

Azərbaycan daha bir boksçusu Budvada U-17 Avropa çempionatının qalibi olub.

TodayPress TV xəbər verir ki, bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə Məhəmmədəli İstamov (57 kq) qalxıb.

O, finalda Con Elamı (İngiltərə) məğlub edib - 4:1 (29:28, 30:27,28:29, 29:28, 29:28.

Beləliklə, milli komandamız U-17 Avropa çempionatını 8 (2-3-3) medalla başa vurub. İstamovdan öncə Cəmilə Muradlı (57 kq) qızıl, Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.

Qeyd edək ki, çempionatda 40 ölkədən 473 (314 oğlan, 159 qız) idmançı mübarizə aparırdı.

XƏBƏR LENTİ
11 OKTYABR 2026
Bütün Xəbərlər