Husilərin Ər-Riyad hücumunda Misir vətəndaşı həlak oldu, yaralılar var
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının (husilər) Ər-Riyaddakı hava limanına etdiyi hücum nəticəsində Misir vətəndaşı həlak olub, daha bir neçə misirli isə xəsarət alıb.
TodayPress TV xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Misir Xarici İşlər Nazirliyi Ər-Riyaddakı beynəlxalq hava limanına endirilən zərbə nəticəsində vətəndaşının həlak olması ilə bağlı dərin hüznlə başsağlığı verir", - deyə bildirilib.
Misirin xarici işlər naziri Bədr Əbdül Ati Ər-Riyaddakı səfirliyin əməkdaşlarına həlak olan şəxsin cəsədinin vətənə qaytarılması məsələləri ilə məşğul olmağı və xəstəxanalarda müalicə olunan yaralı misirlilərə baş çəkməyi tapşırıb. Insident nəticəsində xəsarət alan Ərəb respublikası vətəndaşlarının dəqiq sayı açıqlanmır.
Aysel Mətləb