2027-ci ildən hər şey dəyişir: Avropa Komissiyası kimlərə qapını bağlayır?

2027-ci ildən hər şey dəyişir: Avropa Komissiyası kimlərə qapını bağlayır?
11.10.2026 23:05 Dünya

Avropa Komissiyası Rusiya Federasiyası tərəfindən iddia edilən hibrid təhdidlər səbəbilə 2027-ci ilin yanvarından etibarən Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsini sərtləşdirmək üçün plan hazırlayır.

TodayPress TV xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, Avropa Komissiyası Aİ-yə turist kimi səfər edən yüz minlərlə Rusiya vətəndaşı üçün viza qaydalarını sərtləşdirməyi təklif etmək niyyətindədir. Öz mənbələrinə istinad edən "Politico" göstərir ki, Brüssel bu yolla xüsusi hərbi əməliyyatın 650 min veteranının Aİ-yə daxil olmasının qarşısını almağa çalışır.

Məlumata görə, bu məhdudiyyətləri İsveç, Polşa və Estoniya fəal şəkildə dəstəkləyir. Onlar Rusiya turistlərinin Ukrayna üçün silah istehsal edən Avropa hərbi sənayesi üçün hibrid təhdid yarada biləcəyini iddia edirlər.

Məhdudiyyətlərin mahiyyəti hələ ki açıqlanmır.

Aysel Mətləb

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər