Xəbərdarlıq! Səudiyyə Ərəbistanının hava limanlarından UZAQ DURUN

Xəbərdarlıq! Səudiyyə Ərəbistanının hava limanlarından UZAQ DURUN
11.10.2026 17:25 Dünya

Yəməndə fəaliyyət göstərən husilərin nümayəndəsi Yəhya Sari sərnişinləri Səudiyyə Ərəbistanındakı hava limanlarından uzaq durmağa çağırıb. O, həmin obyektlərin hava zərbələrinin hədəfinə çevrilə biləcəyini bildirib.

TodayPress TV xəbər verir ki, Sari bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Silahlı qüvvələrimiz aviaşirkətlərə, mütəxəssislərə, işçilərə və sərnişinlərə bir daha xəbərdarlıq edir: Səudiyyə Ərəbistanındakı hava limanlarından uzaq durun, çünki onlara zərbələr endirilə bilər. Qüvvələrimiz bu hava limanlarını mümkün hədəflər hesab edir”, – deyə o yazıb.

Sari vurğulayıb ki, husilər müsəlmanlar üçün müqəddəs sayılan Məkkə və Mədinə şəhərlərindəki hava limanlarını atəşə tutmayacaqlar.

Xatırladaq ki, daha əvvəl Yəməndə fəaliyyət göstərən husilərin Ər-Riyaddakı hava limanına hava zərbəsi endirdiyi, hadisə nəticəsində 12 nəfərin öldüyü, 300-dən çox insanın yaralandığı barədə məlumat yayılıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
11 OKTYABR 2026
Bütün Xəbərlər