Qubada kişi geyiminə görə arvadını BOĞDU
Qubada kişi arvadını döyüb.
TodayPressTV xəbər verir ki, hadisə rayonun Bəhrəli (keçmiş Timiryazev) kəndində qeydə alınıb.
Məlik Abbasov (şərti adla) yaşadıqları evdə
gözəllik salonunda işləyən arvadına geyimi ilə bağlı irad bildirib. Bu iraddan
sonra cütlük arasında mübahisə başlayıb. Mübahisənin böyüməsi zamanı əli ilə
qadını boğub, əl və təpik zərbələri ilə vuraraq, xəsarətlər yetirib.
Bu əməlinə görə Abbasov polis əməkdaşları tərəfindən
saxlanılıb və barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində deyib ki,
2004-cü ildə ailə qurublar. Gözəllik salonunda işləyən arvadı evə gələndə ona
geyimi ilə bağlı irad bildirib. Zərərçəkənin sözlərinə görə, hadisə onların
qızının yanında baş verib. Məhkəmə istintaqı zamanı zərərçəkən ərizə təqdim edərək,
əri ilə barışdığını və ona qarşı şikayətçi olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və M. Abbasov zaldan sərbəst buraxılıb.