Azərbaycan boksçusu Avropa çempionatında gümüş medal qazandı
Boks üzrə Azərbaycan millisi Budvada U-17 Avropa çempionatında növbəti medalı aktivinə əlavə edib.
TodayPress TV xəbər verir ki, yığmamızın heyətində bu dəfə Həsrət Məmmədov (46 kq) fəxri kürsüyə yüksəlib.
Finalda Kristi Kaşu (Rumıniya) qalib gəldiyindən Məmmədov gümüş medala sahib olub.
Bununla da yığmamızın medallarının sayı 6-ya yüksəlib. Boksçularımızdan daha öncə Cəmilə Muradlı (57 kq) qızıl, Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.
Qeyd edək ki, bu gün daha 2 idmançımız final döyüşünə çıxacaq.