PUA hücumları "Yandex"i iflic etdi - Fəaliyyətini dayandırdı

PUA hücumları "Yandex"i iflic etdi - Fəaliyyətini dayandırdı
11.10.2026 15:48 Dünya

"Yandex"in Vladimir şəhərindəki məlumat mərkəzi PUA hücumundan sonra fəaliyyətini tamamilə dayandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Yandex Cloud Alerts" "Telegram" kanalında məlumat verilib.

Bəyanatda qeyd olunur ki, məlumat mərkəzinin infrastrukturu zədələnib, xəsarət alan olmayıb.

"Resursların yerdə qalan konfiqurasiyasını qeyri-sabit hesab edirik. Platformanın iş rejimi qəza vəziyyətindədir. Qəza sonrakı bərpa üzrə hər hansı digər alternativ planlardan istifadə etməyi tövsiyə edirik", - deyə şirkətdən əlavə edilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
11 OKTYABR 2026
Bütün Xəbərlər