EHF Avropa Kuboku: "Kür" növbəti mərhələyə vəsiqə qazandı
Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunun növbəti oyununda da qələbə qazanıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin II təsnifat mərhələsinin cavab görüşündə Kiprin APOEL kollektivi ilə üz-üzə gəlib.
"Kür" Olimpiya Tədris-İdman Mərkəzindəki Mingəçevir klubunun qələbəsi ilə yekunlaşıb - 39:13.
Ötən gün eyni arenada rəqibini 40:18 hesabı ilə üstələyən "Kür" növbəti mərhələyə vəsiqə qazanıb.
Komandanın III təsnifat mərhələsindəki rəqibi oktyabrın 13-də müəyyənləşəcək.