ABŞ-nin İran planı niyə yetərsiz sayıldı? - "Biz yox, amerikalılar cavab verir!"

ABŞ-nin İran planı niyə yetərsiz sayıldı? - "Biz yox, amerikalılar cavab verir!"
11.10.2026 21:15 Dünya

İran Vaşinqtonun irəli sürülən şərtlərin bir hissəsini qəbul etməsinə baxmayaraq, ABŞ-nin danışıqlara başlamaq üçün verdiyi cavabı yetərsiz hesab edir.

TodayPress TV xəbər verir ki, bu barədə İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.

"İndi amerikalılar cavab veriblər. Onlar öz cavablarında bizim bəzi şərtlərimizi qəbul ediblər, lakin bəzi məsələlərlə bağlı qeyri-müəyyənliklər qalmaqdadır. Beləliklə, biz amerikalılara yox, amerikalılar bizə cavab verirlər. Amerikalılar bizə cavab veriblər və biz onların cavabını yetərsiz hesab edirik.

Əlbəttə ki, onlar bu qeyri-müəyyənlikləri aradan qaldırmalıdırlar. Növbəti mərhələlərin başlaması üçün bu qeyri-müəyyənlikləri aradan qaldıra biləcəklərmi, yoxsa yox, baxmaq lazımdır", - deyə o vurğulayıb.

Rezainin sözlərinə görə, son iki ayda Vaşinqton vasitəçilərlə diplomatiya təmaslarının bərpası ilə bağlı dəfələrlə Tehrana təkliflər göndərib:

"Son iki ay ərzində amerikalılar üç kanal — Pakistan, Qətər və hətta İraq vasitəsilə bizə təkliflər ötürüblər və öz təkliflərimizi onlara təqdim etməyimizi xahiş ediblər. Biz amerikalılara yeddi şart bildirdik və bəyan etdik ki, bu şərtləri yerinə yetirməsəniz, nə sizin üçün Hörmüz boğazı açılacaq, nə də danışıqlar olacaq".

O həmçinin bəyan edib ki, İran ABŞ ilə diplomatik təmaslara yanaşmasını dəyişib və əvvəlki danışıqlar modelinə qayıtmaq niyyətində deyil.

Aysel Mətləb

XƏBƏR LENTİ
11 OKTYABR 2026
Bütün Xəbərlər