Azərbaycan Premyer Liqası: "Qarabağ" "İmişli"yə qalib gəldi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "İmişli"yə qalib gəldi
11.10.2026 17:56 İdman

Azərbaycan Premyer Liqasının VII turunda "Qarabağ" səfərdə "İmişli" ilə qarşılaşıb.

TodayPress TV xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matç qonaq komandanın qələbəsi ilə başa çatıb - 2:0.

Qolları 59-cu dəqiqədə Aleksey Kaşuk və 88-ci dəqiqədə Jali Muaddib vurub.

Ağdam təmsilçisi 16 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 4 xalı olan "İmişli" isə doqquzuncudur.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0), "Sumqayıt" "Qəbələ"ni (4:1) məğlub edib. "Neftçi" - "Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. "Zirə" - "Şamaxı" duelində isə tərəflər hərəyə bir dəfə fərqləniblər.

XƏBƏR LENTİ
11 OKTYABR 2026
Bütün Xəbərlər