Beyləqanda dəhşətli qəza: Avtomobildən çıxarkən elektrik vurdu

Beyləqanda dəhşətli qəza: Avtomobildən çıxarkən elektrik vurdu
11.10.2026 11:18 Hadisə

Beyləqanda ölümlə nəticələnən avtomobil qəzası olub.

TodayPress TV xəbər verir ki, hadisə Təzəkənd kəndində baş verib.

Belə ki, rayonun Bolsulu kənd sakini Məhəmməd Səfərəliyev "VAZ-2107" markalı avtomobilə idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı elektirik dirəyinə çırpılıb. Bu zaman elektirik dirəyi aşaraq avtomobilin üzərinə düşüb. Sürücü avtomobildən çıxmaq istəyəndə onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
11 OKTYABR 2026
Bütün Xəbərlər