İsraildən Qəzzaya hava əməliyyatı: Komandanlıq məntəqəsi sıradan çıxarıldı
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hərbi qanadına aid üç silah anbarına, komandanlıq məntəqəsinə və raket qurğusuna zərbələr endirib.
TodayPress TV xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri Qəzza zolağının bir sıran rayonlarına zərbələr endirib və HƏMAS-ın hərbi obyektlərini, o cümlədən komandanlıq məntəqəsini, raket qurğusunu və üç silah anbarını məhv edib", - deyə bəyanatda bildirilib.
Mətbuat xidmətindən qeyd olunub ki, zərbələr endirilməzdən əvvəl əhaliyə əvvəlcədən xəbərdarlıq edilib, həmçinin mülki şəxslərə zərər dəyməsi riskini minimuma endirmək üçün yüksək dəqiqlikli döyüş sursatlarından və havadan müşahidə vasitələrindən istifadə olunub.
Aysel Mətləb