Premyer Liqada VII tura yekun vuruldu

Premyer Liqada VII tura yekun vuruldu
11.10.2026 20:42 İdman

Azərbaycan Premyer Liqasında VII turun son oyununda "Turan Tovuz" səfərdə "Şəfa" ilə qarşılaşıb.

TodayPress TV xəbər verir ki, "SOCAR Polymer Arena"da baş tutan qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolu 45+2-ci dəqiqədə Dioqo Balau vurub.

"Turan Tovuz" 14 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 3 xalı olan "Şəfa" isə onbirincidir.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0), "Sumqayıt" "Qəbələ"ni (4:1), "Qarabağ" "İmişli"ni (2:0) məğlub edib. "Neftçi" - "Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. "Zirə" - "Şamaxı" duelində isə tərəflər hərəyə bir dəfə fərqləniblər.

XƏBƏR LENTİ
11 OKTYABR 2026
Bütün Xəbərlər