Zelenskidən Moskvaya qarşılıqlı şərt: "Hücumları dayandırsa..."
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın enerji infrastrukturuna hücumları dayandıracağı təqdirdə neft emalı zavodlarına zərbələri saxlayacağını bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında yazıb.
Lider hər hansı deeskalasiyanın qarşılıqlı olmasının və zəmanətlərlə dəstəklənməsinin vacibliyini vurğulayıb:
“Rusiya bizim enerji infrastrukturlarımıza zərbə vurmağı dayandıracağı təqdirdə, Ukrayna da Rusiyanın neft emalı zavodlarına zərbə endirməyi dayandırmağa hazır olacaq. Istənilən deeskalasiya addımları qarşılıqlı olmalı və real zəmanətlərlə dəstəklənməlidir”.
O, bu bəyanatı ABŞ Prezidenti Donald Trampla yenidən gərginləşən münasibətlər fonunda verib.
Aysel Mətləb