Azərbaycanlılar Ermənistanda göründü - Kəndlər təşvişdə...

Azərbaycanlılar Ermənistanda göründü - Kəndlər təşvişdə...
11.10.2026 17:45 Təhlil

“Dünən gecədən bəri Meğri yaxınlığında iddia edilən üç nəfər azərbaycanlı dronlarla axtarılır”.

TodayPress TV xəbər verir ki, bunu BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi sosial şəbəkə hesabında yazıb.


O, erməni mətbuatında yayılan məlumatları paylaşaraq hadisə ilə bağlı bunları qeyd edib:

“Dünən gecə saatlarında Azərbaycanla həmsərhəd olan Meğrinin Kuris kəndində kənd sakinləri mülki geyimli üç nəfər görüblər. Şahidlərin sözlərinə görə, onlar çox güman ki, azərbaycanlı olublar.

Mühafizəçilərlə söhbətdən sonra həmin şəxslər qaçıblar və dərhal kənddə və ətraf ərazilərdə axtarış əməliyyatı başlayıb. Kənd sakinlərindən biri "24News" saytına bildirib ki, Ermənistan xüsusi xidmət orqanlarından əlavə, yerli Rusiya sərhədçiləri də PUA-ları ilə həmin şəxslərin axtarışına qoşulublar.

Vahimə içində olan qonşu kəndin sakinləri də "24News" saytının verdiyi məlumatı təsdiqləyərək qeyd ediblər ki, onlar da bir neçə saatdır axtarış aparırlar, lakin hələ də onları tapa bilməyiblər”.

Aysel Mətləb

XƏBƏR LENTİ
11 OKTYABR 2026
Bütün Xəbərlər