Azərbaycanın boks millisindən Avropa çempionatında daha bir medal

Azərbaycanın boks millisindən Avropa çempionatında daha bir medal
11.10.2026 17:38 İdman

Boks üzrə Azərbaycan millisi Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatında daha bir medal qazanıb. Komandanın heyətində Səma Abbasova (66 kq) fəxri kürsüyə yüksəlib.

TodayPress TV xəbər verir ki, S.Abbasova finalda Ada Eybeyə (Türkiyə) məğlub olaraq gümüş medala yiyələnib.

Bununla da yığmanın medallarının sayı 5-ə yüksəlib. Boksçularımızdan daha öncə Cəmilə Muradlı (57 kq) qızıl, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.

Qeyd edək ki, bu gün daha 3 idmançımız final döyüşünə çıxacaq.

XƏBƏR LENTİ
11 OKTYABR 2026
Bütün Xəbərlər