Cevdet Yılmaz: Azərbaycanı COP31-də belə güclü şəkildə görməkdən çox məmnunam" - FOTO
COP31 çərçivəsində Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan pavilyonunu ziyarət edib.
TodayPress TV xəbər verir ki, ziyarət zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşən Cevdet Yılmaz Azərbaycan nümayəndə heyətini tədbirdə görməkdən məmnunluğunu ifadə edib və dəstək üçün Azərbaycana təşəkkürünü ifadə edib.
“Sizi burada belə güclü şəkildə görməkdən çox məmnunam”, – deyə Türkiyənin vitse-prezidenti bildirib.
Pərviz Şahbazov isə təşəkkürünü bildirərək qeyd edib ki, bu gün COP31 çərçivəsində Enerji Günüdür və Azərbaycanın enerji təşəbbüsləri COP29-da başlayıb, hazırda isə COP31-də davam etdirilir.
Nazir Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın olduğunu vurğulayaraq Cevdet Yılmazı Azərbaycan pavilyonunda salamlayıb.
Görüşün sonunda Türkiyənin vitse-prezidenti Azərbaycan tərəfinə uğurlar arzulayıb.
Qiymət Mahir
