Naxçıvanda Atatürkün xatirəsi anılıb

Naxçıvanda Atatürkün xatirəsi anılıb
10.11.2026 10:35 Gündəm

Naxçıvan Muxtar Respublikasında Mustafa Kamal Atatürkün vəfatının 88-ci il dönümü ilə bağlı anım tədbiri keçirilib.

TodayPress TV xəbər verir ki, noyabrın 10-da Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub, Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib.

Sonra Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Ali Sevim abidə önünə çələng qoyub.

Anım mərasimində Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbir çıxışlarla davam edib.

Anım tədbiri Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam etdirilib.

FOTOLAR

Naxçıvanda Atatürkün xatirəsi anılıb — 1
Naxçıvanda Atatürkün xatirəsi anılıb — 2
XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər