“Bəzi rayonların PISA nəticələri ürəkaçan deyil” – Nazir

“Bəzi rayonların PISA nəticələri ürəkaçan deyil” – Nazir
08.09.2026 12:22 Elm və Təhsil

"Bəzi bölgələrdə şagirdlərin 80 faizdən çoxu minimum oxu səviyyəsinə çatmayıb".

TodayPress TV xəbər verir ki, bu barədə PISA beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri ilə bağlı məlumatlandırma çıxışında elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.

O bildirib ki, bəzi bölgələrdə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 75 faizdən çoxdur. Ayrı-ayrı bölgələrdə bu göstərici 80-88 faizə qədər yüksəlir.

"2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlər sadə mətnlərdə belə oxuduqları cümlənin mənasını və ifadə olunan əsas fikri tam başa düşməkdə çətinlik çəkə bilirlər. Nəticələr göstərir ki, oxu savadlılığı üzrə regional fərqlər Azərbaycan təhsil sistemində diqqət tələb edən əsas məsələlərdən biridir".

Nazir Bakı və onun ətrafındakı ərazilərdə kadr potensialı və təhsil şəraitinin daha yüksək göstəricilərlə əlaqəli olduğunu vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər